Azərbaycan Milli Konservatoriyasının Vokal Kafedrasının hazırladığı “Fikrət Əmirovun yaradıcılığına səyahət ”adlı konsert

Ulu Öndərin yüz illiyi çərçivəsində Azərbaycan Milli Konservatoriyasının Vokal Kafedrasının hazırladığı “Fikrət Əmirovun yaradıcılığına səyahət ”adlı konsert haqqında.

(müəllim Zenfira İsmayılova)

8.12.2023 tarixində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş Azərbaycan Milli Konservatoriyasının böyük zalında keçirilən bu tədbirin coşqusu tələbələrin həyəcanında nəzərimi cəlb etdi.İlk əvvəl özümü təqdim etmək üçün müəllimə ilə görüşdüm.O gülərüzlə məni qarşıladı.
Bu respublikanın əməkdar artisti,Milli Vokal Kafedrasının baş müəllimi,uzun illər opera səhnələrindən sevərək izlədiyim Zenfira İsmayılovadır.Uzun illər Opera və Balet Teatrının solisti,baş rolların ifaçısı,prezident təqayüdçüsü,sənətinin vurğunu müəllimənin istedadlı tələbələri olacaq düşünüb,onlara uğur diləyib,zala daxil oluram,yavaş- yavaş izləyicilər öz yerlərini alırlar.Milli Vokal Kafedrasının müdiri Azər Zeynalov sözə başlayıb,tədbiri açıq elan edib sevimli müəllimə və tələbələrinə uğur dilədi.
Səhnə Fikrət Əmirovun görüntüləriylə,bir birindən zəngin əsərləriylə davam etdi.
Nəzərimi cəlb edən məqamlardan ən önəmlisi isə birinci kursdan ta maqistr dərəcəsinə qədər olan tələbə qrupunun eyni səhnəni,eyni peşəkarlıqla bölüşməsi oldu.Tələbələr səhnədə sərbəst,səslərinə və bütün səhnə hərəkətlərinə son dərəcədə diqqətli,nizamlı idilər.Fikrət Əmirovun” Sevil” operasından,Sevilin,Dilbərin ariyaları çox uzun müddət yaddaşlardan silinməyəcək kimi iz qoydu.Zeynəb Hüseynova sanki həmin obrazın bütün səhnə keyfiyyətini mənimsəmişdi.”Sevil” operasında Bir çox Dilbərlər gördük.Tələbənin ifa etdiyi Dilbər heç də onlardan geri qalmırdı.”Laylay” əsərinin ifaçısı Nigar Rüstəmova səhnə geyimi, mədəniyyəti və səsinin gözəlliyi ilə tamaşaçıları fəth etməyi bacardı. Səhnə profesionallığı,sərbəstliyi ona hakim olmağı sevir.Tələbələrin istedadı bütün bu meyarlara yüksək səviyyədə cavab verirdi.Fikrət Əmirovun “Şeyx Sənan” əsərindən Kor ərəbin mahnısını ifa edən Cavidan Isayevin yüksək peşəkarlışına söz tapa bilmədim.Tələbələr bir birindən gözəl ifalar tərənnüm etdi.Bu Zenfira İsmayılovanın ucalığı və uğuru idi.Konsert boyu Fikrət Əmirovun görüntülərini görüb səsini eşitdik.Fikrət Əmirov Azərbaycan musiqisinin korifeyi,Bəstəkarlıq məktəbinin yaradıcısı olmuşdur. Onun yazdığı əsərlər Azırbaycan Operasının əsasını təşkil edir.Bir bəstənin böyüklüyü onun insan ruhuna,obrazına yaxın olmağıdır ki, Fikrət Əmirov bu sahədə Azərbaycan musiqisində böyük iz qoyub gedən sənətkardır.İndi onun yaradıcılığına müraciət etmək bir müəllim və tələbə heyəti üçün böyük sənətkarlıq tələb etməklə yanaşı bu musiqini də daima yaşatmaqdır.Konsertdə iştirak edən bütün tələbələrın adlarını qeyd edirəm Sevil-Səma Həmzəyeva,
Gülüş-Günel Əsədova, Tafta-Vüsalə Teymurzadə,Laylay-Nigar Rüstəmova, Dilbər-Zeynəb Hüseynova,
Balaş,kor ərəbin mahnısı -Cavidan İsayev, Balaş, Fikrət Əmirovun İşləməsində xalq mahnısı “Küçələrə su səpmişəm”. -Mikayıl Nəsirov Şəms Cəfərova, Sara Hüseynova,Fidan Mənsurova(trio Reyhan)Baharımsan-Ləman Əhmədova,Mədinə Mirzəyevə-Göy göl,Günel Əsədova – Fikrət Əmirovun işləməsində -Evləri var xana -xana Konsertmeyster Vəfa Əzizova,Rəhimə xanım Qurbanova daha böyük səhnələrdə çıxış edərək sənətin zirvəsinə qədər qalxmağı arzu edirəm.Azərbaycan Milli Konservatoriyası bir sənət ocağıdır.Bu ocağdan musiqi sənətinə atılan qığılcımlar daima yaşayacaq.

AMK mətbuat katibi
Aysel Fikrət

Share: