Azərbaycan Milli Konservatoriyası ilə Gəncə Dövlət Filarmoniyası arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalandı

29 dekabr 2023 cü il Azərbaycan Milli Konservatoriyası ilə Gəncə Dövlət Filarmoniyası arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalandı.
Memorandumu Azərbaycan Milli Konservatoriyasının rektoru,xalq artisti Siyavuş Kərimi, Gəncə Dövlət Filarmoniyasının direktoru əməkdar artist Ramil Qasımov imzalayıb.
Tərəflər imza atarkən əsas məqsədi gələcəkdə peşəkar əməkdaşlığı olan bu memorandumun ölkəmizin mədəniyyət və incəsənətinə, milli mənəvi dəyərlərinə, mədəni irsimizin xarixi ölkələrdə təmsilinə və bir çox mədəniyyət layihələrinə səbəb olacağndan əmin olublar.
Memoranduma əsasən gələcəkdə tərəflər arasında peşəkar əməkdaşlığ nəzərdə tutulub. Görüş zamanı bu addımlara dair danışıqlar olub.

Share: