Azərbaycan korpusunu mühasirəyə aldıq… – Erməni zabit

Erməni mediası 2016-cı ilin aprelində baş verən məşhur Lələtəpə əməliyyatının bəzi təfərrüatını ortaya çıxarıb.

Müstəqil.Az Axar.az -a istinad edərək xəbər verir ki, əməliyyatın 5 ildir gizli saxlanılan detalları barədə adı gizli saxlanılan erməni zabiti danışıb.

Onun sözlərinə görə, 2016-cı ilin aprel ayının ilk günlərində Ermənistan tərəfinin təsdiqlənmiş planı olub.

“Ermənistan silahlı qüvvələrinin ali rəhbərliyinin planına əsasən, Azərbaycan Silahlı Qüvvələri əvvəlcədən hazırlanmış pusquya düşməli idi. Hər şey plan üzrə gedirdi, lakin xüsusi hazırlıq keçmiş Azərbaycan kəşfiyyatı qarşıdakı təhlükədən xəbər tutdu və bizim blok-postun dəqiq yerini müəyyən edə bildi.

Bizim hərbi dəstələrimiz cənubda taktiki addımlar ataraq, xüsusi hazırlanmış dəhlizdən istifadə ilə bütöv bir Azərbaycan hərbi korpusunu puskuya salarkən qərargahımız darmadağın oldu. Biz onları çaş-baş saldığımızı düşündük, amma onların planı daha uğurlu oldu. Bəzi məlumatlara görə, bu əməliyyat zamanı Ermənistan 1000-ə yaxın hərbçisini itirib. Ən ağrılı məqam isə 4 ildən sonra 44 günlük müharibə zamanı Azərbaycan Ordusuna taktiki üstünlük vərəcək strateji əhəmiyyətli yüksəkliyin onların nəzarətinə keçməsi oldu”, – deyə erməni zabiti bildirir.

Müstəqil.Az

Share: