Azərbaycan İstiqlal muzeyində Kamalə ABİYEVANIN “TORPAQ” kitabının təqdimatı olub

Taleyimizə Zəfər günlərini yazdı Ali baş komandan və Milli Ordumuz. Artıq işğal günlərini deyil, qələbə günlərini qeyd edirik. Zəfər günü ilə bağlı Azərbaycan Dövlət İstiqlal muzeyində də bir-birindən maraqlı silsilə tədbirlər keçirilir. Şəhid və qazilərimizin xüsusi guşələri nümayiş olunmaqla bərabər, rəsm sərgiləri, görüşlər, kitab təqdimatları təşkil olunur.

Açıklama yok.

Zəfər günü tədbirləri çərçivəsində Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə “Qarabağım” adlı tədbirdə “Şuşa ilinə “Torpaq”la gəldim deyən istedadlı şairə, publisist Kamalə Abiyevanın “Torpaq” kitabının təqdimatı keçirilib.

Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Muzeyin direktoru Sədi giriş sözü ilə çıxış edib, Zəfər günü-Qələbə ilə bağlı tədbirlər haqqında danışaraq sözü müəllifə verib.

Açıklama yok.

Kamalə xanım tədbir iştirakçılarına hərbiçi- yazar Seymur Atillanın “Mənim döyüş yolum” və “Məni heç vaxt bağışlama” kitabları haqqında da məlumat verdi.

Yüksək səviyyədə təşkil olunan tədbirdə şəhid anaları, Ali Hərbi İnstitun tələbələri, hərbiçilərimiz, söz adamları, “Böyük Qayıdış” Gənclər İB-nin üzvləri, oxucular iştirak edib.

Kamalə xanım tədbir iştirakçılarını hərbiçi- yazar Seymur Atillanın “Mənim döyüş yolum” və “Məni heç vaxt bağışlama” kitabları ilə də tanış edib.

Tədbirdə  sevimli müğənnimiz Vüsal Hacıyevin ifasında Gülşən Rafiqqızının Kamalə xanımın sözlərinə bəstələdiyi “Qarabağım” mahnısının da təqdimatı olub.

Xəyalə Quliyeva

 

Share: