Azərbaycan İslamiadada 11-ci qızıl medalı qazanıb

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb.

“Report” xəbər verir ki, bədii gimnastların fərdi çıxışından sonra ölkə yekun sıralamada birinci olub.

Azərbaycan 252.300 xalla bütün iştirakçı komandaları qabaqlayıb.

Bu, ölkənin İslamiadada 11-ci qızıl medalıdır.

 

Share: