Azərbaycan İlahiyyat İnstitutunun açılışı oldu – FOTO

Bu gün Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) açılış mərasimi keçirilib.

Müstəqil.az xəbər verir ki, mərasimdə Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və ölkədə fəaliyyət göstərən dini icmaların rəhbərləri və məsul şəxsləri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə Aİİ-nin rektoru Ceyhun Məmmədov çıxış edib. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb:

“Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahəyə xüsusi qayğı göstərir. Azərbaycan İlahiyyat İnstitutunun yaradılması Prezident İlham Əliyevin dinə, mənəvi dəyərlərə qayğısının ən böyük nümunəsidir. Bu gözəl qərara görə bütün ilahiyyatçılar adından ölkə başçısına təşəkkürümü bildirirəm”.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da öz çıxışlarında Azərbaycan dövlətinin din xadimlərini, mənəvi dəyərlərimizi daim diqqət mərkəzində saxladıqlarını vurğulayıblar.

Tədbirdə iştirak edən digər ictimai xadimlər, din xadimləri də çıxış edərək Aİİ-nin yaranması münasibətilə xalqı və institut kolektivini təbrik edib, yeni təhsil müəssisəsinin quruculucuğu sahəsində görülən işləri təqdir ediblər.

Son olaraq Aİİ rəhbərliyinə uğurlar arzu edilib.

 

Share: