Azərbaycan da islamofobiyanın nəticələrindən əziyyət çəkib

“Dünyada azsaylı ölkələr öz təşəbbüsü ilə belə önəmli mövzuda konfrans təşkil edir”.

xəbər verir ki, bunu Bakıda keçirilən “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində “Fransada anti-İslam siyasəti: İslamofobiyanın normallaşdırılması” adlı paneldə çıxışında Paris İslam Araşdırmalar fakültəsinin direktoru Nourredine Belhout bildirib. O, konfransın təşkilinə görə Azərbaycana təşəkkür edib:

“Azərbaycan özü də islamofobiyanın nəticələrindən əziyyət çəkib. Dünyəvi, sekulyar ölkə olmasına baxmayaraq, müsəlman ölkəsi kimi ayrı-seçkiliyə məruz qalıb. Bəzi ölkələr Azərbaycan-Ermənistan münaqişəsində Ermənistanın mövqeyindən çıxış edib, çünki Ermənistan xristian ölkəsidir”.

O vurğulayıb ki, Fransada islamofobiya barədə danışarkən ağ-qara yanaşma sərgiləmək, bütün fransızları islamofob olmaqda ittiham etmək olmaz: “Fransda 5000 məscid var, müsəlman humanitar təşkilatları var, çoxlu müsəlman humanitar asossiasiyaları var. Fransda məscidlərdə Ramazan yığıncaqları keçirilir, 3000-4000 iştirakçı gəlir. 5-6 milyon avro dəyərində tikilən məscidlər var, Parisdə, Strasburqda məscidlər tikilir. Reallıq barədə faktları bilmək də vacibdir. Mənim rəhbərlik etdiyim İslam elmləri fakültəsində 700-dən çox tələbə təhsil alır.

Mediada islamofobiya ilə bağlı qərəz ola bilər, amma bu məsələdə vicdanlı medialar da var. Fransada müsəlmanların haqlarını müdafiə edən Melenşon kimi siyasətçi də var, Mari le Pen kimi ekstremist siyasətçi də var. Bəli, müəyyən mənada polis nəzarəti də var. Amma biz müsəlman olsaq da, həm də Fransa vətəndaşıyıq. Məhkəmə bəzən ədalətsiz olur, ancaq siz ona da şahid ola bilərsiz ki, 3 il sonra məhkəmə sizdən keçmiş qərarla bağlı üzr istəsin.

Doğrudur, Fransada islamofoblar da var, bu şəxslər sizi hədləyə, ölümlə təhdid edə bilər, ancaq sizi müdafiə edən fransızlar da var”.

Share: