Azərbaycan bu gün daha 5 ermənini təhvil verəcək — Yenilənib

Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq bu gün daha 5 erməni hərbi qulluqçunu Ermənistana təhvil verəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Haqqin.az” yayıb.

Məlumata görə, sözügedən hərbçilərin təhvil verilməsi prosesi Ermənistanla sərhədyanı zonaların birində baş tutacaq.

***

“Qafqazinfo”nun məlumatına görə, bu gün Ali Məhkəmədə Vətən müharibəsindən sonra Azərbaycan sərhədlərini pozaraq terrorçuluq etdiyi üçün həbs edilmiş bir neçə erməni məhkumun cinayət işinə baxılıb.

Onların kassasiya şikayəti üzrə keçirilən iki iclasda Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarları dəyişdirilib. Dörd məhkumun cəza müddəti 6 ildən 1 il 9 aya endirilib. Məhkumlar bu müddəti həbsxanada keçirdiyi üçün cəzaları bitmiş sayılıb və onlar cəzaçəkmə müəssisəsindən azad edilib.


Share: