Azərbaycan əhalisinin sayı artır

2018-ci il fevral ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9904850 nəfərə çataraq ilin əvvəlindən 6765 nəfər artıb.

Müstəqil.Az xəbər verir ki, kvadrat kilometrə düşən əhalinin sayı 114 nəfər olub. Əhalinin 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinləridir.

49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Hazırda hər 1000 kişiyə 1004 qadın düşür.

Share: