Bolqarıstanın paytaxtı Sofiyada minifutbol üzrə 2023/2024 avrokubok mövsümünün püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan klublarının da rəqibləri müəyyənləşib.
Çempionlar Liqasında mübarizə aparacaq təmsilçilərimizdən “Birbaşa Bakı” C qrupunda “Prestij” (Albaniya), “Volta” (Moldova) və “Maqufana” (Yunanıstan) ilə qarşılaşacaq. “Zirə” isə F qrupunda “Terra Trak” (Bolqarıstan) və “Andezit” ilə münasibətləri aydınlaşdıracaq.
Digər Azərbaycan klubu “Zəngəzur” Avropa Kubokunda çıxış edəcək. A qrupunda rəqiblər “Qalaktiko Vratsa” (Bolqarıstan), TMT (Yunanıstan) və “Veşka Olomuts” (Çexiya) klublarıdır.