Azərbaycan Xalq Cumhuriyyətinin Quruluşunun 106-cı ilində Məmməd Əmin Rəsulzadə

KİAMP-Karabakh is Azerbaijan Milli Platformunun Türkiyə Cumhuriyəti Baş koordinatorluğu nəzdindəki Qarabağ Azərbaycan Koordinasiya Etmə Dərnəyinin rəhbərliyində Türkiyə nin İstanbul şəhərində “Azərbaycan Xalq Cumhuriyətinin Quruluşunun 106-cı İlində Məmməd Əmin Rəsulzadə” adlı konfrans AGİH Platformunun dəstəyi TEDEV-Türk Ədəbiyyatı Vəqfinin ev sahibliyi ilə təşkil olunub.

Konfransın proqramının açılışı bir dəqiqəlik sükut və iki dövlətin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, daha sonra Vəqf sədri Serhat Kabaklı açılış nitqi ilə çıxış edib. Açılış nitqindən sonra konfransın natiqləri Ehtiyatda olan Generalı Mayor. Akademik Prof. Dr. Esat Arslan və KİAMP-T.C Baş Koordinatoru Akademik Dr. Elvin Abdurahmanlı Paneldə 28 may 1918-ci il perspektivində Məmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cumhuriyətinin quruluşu zamanındaki fəaliyyətlərindən bəhs edilib.

Akademik Prof. Dr. Esat Arslan konfrans auditoriyası üçün təqdimatında Rəsulzadənin Azərbaycan xalqı və Demokratik Azərbaycan Cümhuriyyətinin qurulmasındakı rolunu ifadə etdi və o günün çətin şəraitində Azərbaycan Xalq Cümhuriyyətini 23 ay ərzində dövlətin hərbi cəhəttən güclənməsindəki strategiyalarını ifadə etmişdir.

KİAMP-T.C Baş Koordinatoru Akademik Dr. Elvin Abdurahmanlı tərəfindən hazırlanan təqdimat və hesabatda Azərbaycan Xalq Cümhuriyyətində 23 ay ərzində iqtisadi, strateji, hərbi və diplomatik sahələrdə əldə edilən nailiyyətlər ilə bağlı tarixi faktlar hesabat şəklində təqdim edilib. Bundan əlavə, Dr Abdurahmanlı Şərqin ilk müsəlman türk dövləti kimi Azərbaycan Xalq Cümhuriyyətində qadınlara səsvermə hüququ verən dövlət olduğunu bildirdi. Təqdimatın son hissəsində Akademik Dr. Elvin Abdurahmanlı 1990-cı ildə Heydər Əliyevin Azərbaycanın xilaskarı kimi Azərbaycanın tarixini qoruyub saxladığını, onun davamçısı kimi cənab İlham Əliyevin bu strateji addımları uğurla davam etdirərək, onun rəhbərliyində Azərbaycan ordusu 2020-ci ildə 44 günlük böyük zəfər ilə 30 il işğal altında olan tarixi Azərbaycan ərazilərini işğaldan azat etmiştir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 30 yanvar 2024-cü il tarixli qərarı ilə 2024-cü il Məmməd Əmin Rəsulzadə ili kimi qəbul edilmiş və respublika daxilində və dünyanın bir çox yerində konfrans və seminarların təşkili qərara alınmışdır.

Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 106-cı ildönümü ilə əlaqədar Məmməd Əmin Rəsulzadə adlı Konfrans iştirakçılarının sual və cavablarından sonra KİAMP-T.C. Baş Koordinasiya İdarəsi nəzdində Qarabağ Azərbaycan Koordinasiya Dərnəyi qurumu rəhbəri akademik Dr. Elvin Abdurahmanlı, TEDEV-Türkiyə Ədəbiyyat Vəqfi Başçısı Serhat Kabaklı’ya və Ehtiyatda olan General Mayor Akademik Prof. Dr. Esat Arslana dəstəklərinə görə təşəkkürünü bildirirərək dərnək adından xatirə plaketini təqdim etmiştir. Xatirə fotosunun ardından proqram sonlandırılmıştır. Türkiyədən bürokratlar, QTH-lər və o cümlədən dövlət xadimləri qatılıblar.

Share: