“Ayntraxt”ın rəhbərinə qarşı istintaq başladıldı

Frankfurt prokurorluğu “Ayntraxt”ın prezidenti Peter Fişerə qarşı istintaqa başlayıb.

O, qanunsuz olaraq kokain əldə etməkdə və saxlamaqda şübhəli bilinir. Fişerin həyat yoldaşı və onların 25 yaşlı böyük oğlu da istintaq altındadır.

Məlumata görə, Fişerin 13 yaşlı kiçik oğlu məktəb yoldaşı ilə kokaindən istifadə edib, anası oğlunun davranışındakı dəyişikliyi görərək məktəbə və polisə məlumat verib.

Yanvarın sonunda prokurorluq Fişerin mənzilində axtarış aparıb və “Ayntraxt” rəhbərinin çarpayısının yanında kokain izləri aşkar edib. Fişer, arvadı və 25 yaşlı oğlu narkotik maddələri azyaşlı uşağın onlardan istifadə edə bildiyi şəkildə saxlamaqda ittiham olunur.

Mənbə: sports.ru

Share: