Avtobus yeraltı keçidə yuvarlandı: 4 ölü, 15 yaralı

Moskvada, Mojaysk şossesində dəhşətli qəza baş verib.

Teleqraf.com-un “RİA Novosti”yə istinadən xəbərinə görə, avtobus bir dəstə insanı vuraraq, yeraltı pyada keçidinə yuvarlanıb.

Hadisə nəticəsində 4 nəfər həlak olub, 15 nəfər yaralanıb.

Hadisənin təfərrüatı araşdırılır.


Müstəqil.Az 

Share: