“Avroviziya” mahnı müsabiqəsi Britaniyanın bütün kinoteatrlarında canlı yayımlanacaq

Tarixdə ilk dəfə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin finalı Böyük Britaniyanın bütün kinoteatrlarında canlı yayımlanacaq.

Məlumat Avropa Yayım Birliyi də təsdiqləyib.

Qeyd edək ki, 2023-cü ilin “Avroviziya” mahnı müsabiqəsi Liverpul şəhərində keçiriləcək.

Layihənin yarımfinalları 9, 11 may, finalı isə 13 mayda baş tutacaq.

Məlumat üçün onu da bildirək ki, ölkəmizi “Tell me more” ifası ilə Tural və Turan Bağmanovlar təmsil edəcəklər.

Mənbə: Deadline

Share: