Avropanın ən uzunmüddətli taxt sahibi hakimiyyətinin 50 illiyini qeyd etdi

Danimarka kraliçası II Marqret dekabrın 4-də Londonda keçirilən kilsə mərasimində taxta çıxmasının qızıl yubileyini qeyd edib.

O, 1972-ci il yanvarın 14-də taxta çıxmasının 50-ci ildönümü şərəfinə Londonun şimalındakı Kamden şəhərində yerləşən Danimarka Müqəddəs Katarina kilsəsində təşkil olunan mərasimdə iştirak edib. 82 yaşlı kraliça kilsəyə yaxınlaşarkən insanlara gülümsəyərək əl yelləyib.

Qeyd edək ki, Kraliça Marqret Müqəddəs Katarina kilsəsilə yaxından əlaqəlidir. Belə ki, vaxtilə əlahəzrətin valideynləri Kral Frederik və Kraliça İnqrid məbədin açılışında iştirak ediblər.

Mənbə: rossaprimavera.ru

Share: