“Avropa Ukraynaya hərbi dəstək məsələsində ABŞ-ni əvəz edə bilməyəcək”

Vaşinqton Ukraynaya hərbi təchizat göndərməkdən tamamilə imtina edərsə, Avropa bu məsələdə ABŞ-nin yerini tuta bilməyəcək.

xəbər verir ki, bunu Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “PBS” telekanalına müsahibəsində deyib.

“ABŞ ordusu və hərbi potensialı ilə kimsə rəqabət apara bilməz. Və təbii ki, əgər Vaşinqton bunu etməkdən imtina edərsə, onun yerini kimsə tuta bilməz”, – deyə Borrel vurğuayıb.

Onun sözlərinə görə, Avropa İttifaqı martın sonuna qədər xüsusi olaraq Ukrayna üçün istehsal olunan əlavə 250 min mərmini Kiyevə təhvil vermək niyyətindədir.

Share: