Avropa ölkəsi şiddətli quraqlıqla üzləşib

2023-cü ilin aprel ayında Portuqaliya ekstremal hava şəraiti ilə üzləşib.

Quraqlıq Avropa ölkəsinin materik ərazisinin demək olar ki, 90 faizinə təsir edib.

Xüsusilə, ölkə ərazisinin beşdə birinə şiddətli quraqlıq təsir edib ki, bu da mart ayı ilə müqayisədə iki dəfə, bir il əvvəlin müvafiq dövrü ilə müqayisədə isə beş dəfə çoxdur. Portuqaliyanın bəzi bölgələrində həddindən artıq quraqlıq hökm sürür – ən çox şimal-şərq və cənub hissələri təsirlənib.

Eyni zamanda, bu ilin aprel ayı Portuqaliya üçün son iki ildə üçüncü ən quraq ay oldu. Quraqlıq daha çox kənd təsərrüfatına zərər vurub. Portuqaliya səlahiyyətliləri Avropa Komissiyasından vəziyyətin həllinə kömək istəyiblər.

Mənbə: Reuters

Share: