Avropa Liqası: “Roma” qalib gəldi, “Yuventus” son dəqiqədə məğlubiyyətdən qaçdı

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.

Oxu.Az xəbər verir ki, hər iki qarşılaşma eyni gündə keçirilib.

“Yuventus” İspaniya təmsilçisi “Sevilya”nı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib. Hesabı 26-cı dəqiqədə qonaqların heyətində Yussef En-Nesiri açıb. Ancaq 90+7-ci dəqiqədə Federiko Qatti “Yuventus”u məğlubiyyətdən xilas edib.

Digər qarşılaşmada “Roma” Almaniyanın “Bayer” (Leverkuzen) klubunu qəbul edib. Bu oyunda italyanlar seviniblər. 63-cü dəqiqədə Edoardo Bovenin vurduğu qol “Roma”ya qələbə qazandırıb.

Komandalar arasında cavab oyunları mayın 18-də keçiriləcək.

Share: