Avropa Komissiyası iki ölkəni məhkəməyə verdi

Avropa Komissiyası Bolqarıstan və Slovakiyanı yerli qanunvericiliyə bərpaolunan enerji mənbələrindən istifadə qaydalarını daxil etmədiyinə görə məhkəməyə verib. Bu barədə Avropa İttifaqının icra hakimiyyəti orqanının saytında məlumat verilib.

Məlumata görə, 2018-ci il Bərpa Olunan Enerji Direktivindən qaydaları yerli qanunlara köçürmədiyinə görə iki ölkə maliyyə sanksiyaları tələbilə Avropa Ədalət Məhkəməsinə verilib.

Avropa Komissiyası 2021-ci ilin iyulunda hər iki dövlətə rəsmi bildiriş göndərdiklərini, lakin dekabrda Bolqarıstan və Slovakiyanın şərtlərə əməl etdiyinə dair təsdiq almadıqlarını açıqlayıb.

Nəticədə, Bolqarıstan və Slovakiya bərpa olunan enerji mənbələri ilə bağlı qaydaları qəbul etməyən yeganə Aİ üzvləri olub. Qalan ölkələr isə 2030-cu ilə qədər belə mənbələrdən istifadənin payının ən azı 32 faiz olacağı və bu cür layihələr üçün inzibati prosedurların sadələşdirilməsi barədə razılığa gəliblər.

Share: