“Avropa klublarından təkliflər almışam”

Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunu seçməsi barədə danışıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hücumçu bunu bu gün keçirilən təqdimat mərasimində deyib.

O bildirib ki, “Əl-Nəsr”i seçdiyinə görə qərarından xeyli məmnundur:

“Avropa klublarından təkliflər almışam. Bir çox klub – ABŞ, Avstraliya, Braziliya, Portuqaliya klubları mənimlə müqavilə imzalamaq istəyirdilər. Amma mən “Əl-Nəsr”i seçdim. Mən bu gözəl ölkədə təkcə futbolun deyil, həm də həyatın digər sahələrinin inkişafında iştirak etmək istəyirəm. Bu, mənim üçün yeni çağırışdır. İnsanların mənim haqqımda nə dediyi məni maraqlandırmır. Qərarımdan məmnunam”.


Share: