Avropa İttifaqı sammitinin gündəliyi açıqlanıb

“Avropa İttifaqına üzv dövlətlərin başçılarının zirvə toplantısında Rusiya ilə münasibəti və “breksit” (Britaniyanın Avropa İttifaqından çıxması) ətrafında vəziyyəti müzakirə etməyi planlaşdırırıq”.

Bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

“Gündəlikdəki əsas məsələlərlə yanaşı, biz bu gün mayın 25-də keçiriləcək sammitdə qayıdacağımız başqa mövzulardan da danışdıq. Bu, xüsusən Rusiya və “breksit”dir”, – o qeyd edib.

Fransa prezidentinin sözlərinə görə, Aİ-nin liderlərinin Avropada koronavirus pandemiyasına qarşı mübarizə üzrə strategiyanın hazırlanması ilə bağlı müzakirələri başa çatmaq üzrədir.

Xatırladaq ki, aprelin sonunda Avropa İttifaqı Şurasının sədri Şarl Mişel mayın 25-də üzv dövlətlərin liderlərinin sammitinin keçiriləcəyini bildirmişdi.

Müstəqil.Az

Share: