Avropa İttifaqı qadın zorakılığına qarşı kompaniyaya başladı

Avropa İttifaqı qadın zorakılığına qarşı “Dünyanı narıncıya boya” kompaniyasına start verir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, komissiyasının sədri Ursula von der Lyayen və Avropa Parlamentinin sədri Roberta Metsola zorakılığa qarşı birgə kompaniya başladıblar.

Belə ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) 25 Noyabr Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü çərçivəsində dekabrın 10-u İnsan Hüquqları Gününə qədər 16 günlük  kompaniyanın əsasını qoyub.

Bu çərçivədə BMT-nin “Dünyanı narıncıya boya” çağırışına cavab verən fərdlər və qurumlar işığı və ümidi simvolizə edən narıncı rəngdən istifadə edərək, zorakılıq probleminə qarşı maarifləndirmə işləri aparacaq.

187 ölkədən 6000 təşkilatın iştirak etdiyi kompaniyanın  mövzusu qadın hüquqları və qadınlara qarşı zorakılığa qarşı “birləşmə” elan edilib.

 

 


Share: