Avropa çempionatı: Cüdo millimiz medal sıralamasında birinci oldu

Kişi cüdoçulardan ibarət Azərbaycan millisi Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında medal sıralamasında birinci olub.

“Report”un məlumatına görə, komanda yarışı üç qızıl, bir gümüş və bir bürünc medalla başa vurub.

Vüsal Qələndərzadə (73 kq), Elcan Hacıyev (81 kq) və Vüqar Talıbov (90 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medala sahib çıxıb.

Azərbaycan yığması ümumi komanda hesabında isə ikinci yerlə kifayətlənib.

Sentyabrın 18-də qitə birinciliyində qarışıq komanda yarışları keçiriləcək. Azərbaycan millisinin ilk görüşdə rəqibi Avstriya yığması olacaq.

Share: