“Atletiko” “Real”I darmadağın etdi – Video

 

Beynəlxalq Çempionlar Kuboku davam edir.

Qaynarinfo.az xəbər verir ki, bu gecə ABŞ-ın İst-Ruterford şəhərinin “Metlayf” stadionunda iki Madrid klubu – “Atletiko” və “Real”ı üz-üzə gəlib.

Matç “Atletiko”nun 7:3 hesablı qələbəsi ilə başa çatıb. Oyunu 57 min tamaşaçı izləyib. Görüşü amerikalı hakim Ted Ankel idarə edib. Qarşılaşmanın 1-ci dəqiqəsində hesabı açan “Atletiko”nun forvardı Dieqo Kosta 4 qol vuraraq poker edib və 65-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. “Real”dan isə Dani Karvahal meydandan qovulub.

Real – Atletiko 3:7

 

Qollar: Dieqo Kosta, 1; 28; 45; 51. Joao Feliks, 8. Angel Korrea, 19. Vitolo, 70 – Naço, 59. Kərim Benzema, 85-pen. Xavyer Sançes, 89.

Müstəqil.Az

Share: