Atlaz Rzayinin “Atlaz sətirlər”i nəşr olundu

Gənc şair Atlaz Rzayinin  “Atlaz sətirlər” şeirlər kitabı nəşr olunub. “Gənclik” nə.riyyatında dərc olunan kitab müəllifin ilk kitabıdır.

“Atlaz Rzayi heç kəsin yaradıcılığına müdaxilə etmədən öz yolunda ürəyinin doğduğu şeiri qucaqlayanlardandır”. Bu sözlər kitaba ön söz yazan tanınmış şair Gün Ay  Ümidə məxsusdur.

Şairə xanımın ilk kitabına daxil edilən şeirlərin hamısı səmimi hisslərlə əhatələnib.

Atlaz xanımın oxucuları ilə ilk böyük görüşə gəldiyi kitabın redaktoru və korrektoru tanınmış qələm adamı Sevil Gül Nurdur. Kitabın  gənc şair Əli Musaoğlunun maliyyə dəstəyi ilə nəşr olunub.

Müstəqil.Az

Share: