ATƏT/DTİHB-nin Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidəçilərinin sayı açıqlanıb

Azərbaycan hökumətinin dəvəti ilə bizim seçkini müşahidə missiyamız Azərbaycanda fəaliyyətinə başlayır.

xəbər verir ki, bunu ATƏT-in Demokratik Təsisat və İnsan Haqları bürosunun (DİTHB) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edəcək missiyasının rəhbəri İohan Mörfi mətbuat konfransında deyib.

DİTHB Azərbaycanda indiyə qədər 12 seçki monitorinq missiyası həyata keçirib, sonuncu missiyamız 2020-ci ildə olub.

Biz XİN-də missiyamızı təqdim etməklə bağlı görüşlər keçirmişik.

ATƏT üzv 57 ölkənin öhdəlikləri var ki, bunlar təməl azadlıqlar, insan haqları ilə bağlıdır.

Hər bir üzv ölkə eyni zamanda seçki prosesini müşahidə etmək üçün DİTHB-ni dəvət etmək öhdəliyi var.

Missiyamız 11 beynəlxalq ekspertdən ibarətdir və bu ekspertlər 9 ölkədən gəlib. Əsas komanda Bakıda yerləşir və növbəti 8 həftə üçün biz Bakıda müvəqqəti ofisimizi qurmuşuq. Bizim komanda regionlara səfər edəcək.

Yanvarın 3-də isə 26 uzunmüddətli müşahidəçi ölkəyə gələcək və onlar əsas komandadan təlimat aldıqdan sonra regionlara səfər edəcəklər.

Onlar 2 müşahidəçidən ibrət komandalar şəklində işləyəcək və prosesə hazırlığı izləyəcəklər.

Seçki günündə müşahidə üçün isə biz 280 qısamüddətli müşahidəçi üçün sorğu vermişik, onlar seçki günü ölkənin bütün nöqtələrində seçki prosesini müşahidə edəcək.

Müşahidə missiyalarımızı qəbul olunmuş müşahidə metodologiyasına uyğun aparırıq.

Bizi seçkinin nəticəsi deyil onun keçirilməsi qayğılandırır. Bizim rolumuz nəzarət, kömək və ya müdaxilə etmək deyil, biz prosesi izləyirik və bununla bağlı hesabat dərc edirik.

O deyib ki, seçkidən 2 həftə əvvəl missiya aralıq hesabatını dərc edəcək.

Missiya rəhbəri əlavə edib ki, onlar prosesə hazırlığı, seçki mühitini, medianı və eyni zamanda sosial mediadakı proseslə bağlı vəziyyəti müşahidə edəcəklər.

“Biz mediaya açıq olacağıq və işimizi şəffaf şəkildə aparacağıq”.

Share: