Atası intihar edəndə, uşaq da evdə olub

Xəbər verdiyimiz kimi, Bakıda ər arvadını bıçaqladıqdan sonra intihar edib. Fövqəladə Hallar Nazirliyi də sözügedən hadisə ilə bağlı məlumat yayıb.

Belə ki, ötən gün axşam saatlarında nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən evlərdən birində sakinlərin uzunmüddətli telefon zənglərinə və giriş qapısının döyülməsinə reaksiya verməmələri səbəbindən xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, dərhal əraziyə Bakı Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq birmərtəbəli fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlıqlarını xüsusi alət və avadanlıqlar vasitəsilə kəsərək evə daxil olublar. Evdə aşkar olunmuş 1987-ci il təvəllüdlü Cuvarov Atəş Vahid oğlunun meyiti və sağ vəziyyətdə olan 2017-ci il təvəllüdlü Cuvarov M.A. aidiyyəti üzrə təhvil verilib.


Share: