Ata oğlunun ölümü ilə bağlı Mehriban Əliyevaya müraciət etdi

Xəbər verdiyimiz kimi Bakı şəhəri, T. Məmmədov küçəsi, ev 18, mənzil 11-də yaşayan Hüseynov Bəybala Qaraş oğlu 2017-ci ilin 18 avqustunda Türliyədə zəhərləndirilərək öldürüldüyünü iddia edən oğlu Hüseynov Emin Bəybala oğlunun qatillərinin tapılması üçün dəfələrlə əlaqədar təşkilatlara müraciət etsə də onun müraciətləri cavabsız qalmışdır. O, bu günlərdə Azərbaycan Respunlokasının birinci vitse-prezidentə ünvanladığı məktubu Müstəqil.Az-a göndərib. Məktubu olduğu kimi yayınlayırıq:

                                                                                            AZƏRBAYCAN RESPUBLİKASININ 

BİRİNCİ  XANIMI  VƏ VİTSE-PREZİDENTİ  MEHRİBAN XANIM ƏLİYEVA

                          Ulu Öndər Heydər Əliyev Yolu “ Əbədi Yol “ ictimai- siyasi                                           

     hüquq qəzetinin əməkdaşı Hüseynov Bəybala Qaraş oğlu tərəfindən

                        ( Ünvan: Bakı şəhəri, T. Məmmədov küçəsi, ev 18, mənzil 11 )

                                               M Ü R A C İ Ə T

                         ÇOX HÖRMƏTLİ MEHRİBAN ARİF QIZI  !

               

Yazaraq nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə , Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Xanım Əliyevaya və bir çox dövlət qurumlarına 18 avqust 2017-ci il tarixində qətlə yetirilmiş oğlumun ölümü ilə əlaqədar  etdiyim müraciətlər cavabsız qalmışdır. Düşündüm ki, ola bilər bu müraciətlərdən Siz və başqa dövlət qurumları məlumatlandırılmamısınız.  Bunu nəzərə alıb  Birinci Vitse-Prezident Mehriban xanımın qəbuluna yazılıb 25 yanvar 2019-cu il tarixində müraciətimi şəxsən cox hörmətli Mehriban xanımın köməkçisi Məlahət xanıma təqdim etdim.

Məlahət xanım dedi ki, müraciətinizə baxılacaq və sizə məlumat veriləcək. Bu müraciətim də aldığım cavablara əsasən eyni qayda olaraq Baş Prokurorluğa göndərilmiş, hansı ki, 2017-ci il tarixində Baş Prokuror Zakir Qaralova ünvanladığım coxlu sayda müraciətlərim kimi baxılmamış şəkildə kənara atılmış kimi ola bilir. Odur ki, mən oğlumun ölümü ilə bağlı məlumatları Sizə qəzet və saytlar vasitəsi ilə çatırmağa çalışdım. Müxtəlif qəzet və saytlara müraciət etdim, müraciətim qəzet və saytlarda dərc olundu. Məqalələrdə adı çəkilən və oğlumun ölümündə şübhəli bilinən  Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin  rəis müavini Əli Nağıyev qəzet və sayt rəhbərlərini idarəyə cağırmış, onları nalayiq sözlərlə təhqir etmiş, hədə qorxu gəlmiş ( “Hakimiyyət “  qəzetinin bu haqda Sizə ünvanladığı müraciətinin surətini təqdim edirəm ), onları həbs etdirmək  ilə hədələmişdir.

 

Onun sözlərinə görə Bəybala Hüseynov kimə müraciət edirsə, həmin müraciətlərin hamısı onun stolunun üstündədir, demək hər şeydən xəbərdardır. Oğlumun qanunsuz   Baş Prokurorluğa işə düzəlməsi  və işə düzəltmək üçün verilən 200 000,00 (iki yüz min) ABŞ dolları məbləğində rüşvətin kimə çatması da Əli Nağıyev vasitəsi ilə olub. İstənilən halda  oğlumun ölümünün  araşdırılmasında Baş Prokurorluq maraqlı olmalıdır. Hansı ki, oğlumun ölümündən 18 ay keçməsinə baxmayaraq  Baş Prokurorluğa  bu  qətl ilə bağlı  dəfələrlə müraciətlərimə Baş Prokurorluq öz münasibətini bildirmir və öz münasibətini bildirməməsi çox şübhəlidir. Belə hallar vətəndaşların öz problemlərini həll etmək üçün Avropa dövlətlərinə üz tutmalarına səbəb olur.  Ona görə belə halların qarşısı alınmalıdır.

Əlavə olaraq bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı mübarizə Baş idarəsinin əməkdaşı  (ilkin olaraq karğüzar, məsləhətçi, 1 ( bir ) il  sonra rütbə verilib.

müstəntiq vəzifəsinə yüksəldilməsinə söz verilmiş ) 1988-ci il təvəllüdlü oğlum Hüseynov Emin Bəybala oğlu 18 avqust 2017-ci il tarixində  növbəti məzuniyyəti müddətində Türkiyə Dövlətinin Antalya şəhərində istirahət zamanı zəhərləndirilərək öldürülmüşdür. Oğlumun ölümü ilə bağlı video görüntülər var, video görüntülərə görə oğlum istirahət etdiyi otelin idman zalında məşq edərkən anidən beyin ölümü keçirərək öldüyü görünür, bu görüntüləri təqdim edə bilərik. Beyin ölümü keçirməsini təsdiq edən kompyuter tomoqrafiyanın cavabı, bir çox Türkiyə Dövlətinin Məhkəmə Tibbi Ekspertiza mütəxəssislərinin xəstəxanaların verdiyi qan nəticələrinə görə həqiqətən də ölümün xaricdən verilən zəhərli maddənin təsiri nəticəsində olduğunu sübut edən bir çox ekspert rəyləri var, təqdim edə bilərik. Hadisənin baş verdiyi an təcili yardım maşınının xəstəni dövlət xəstəxanasına deyil, özəl xəstəxanaya aparması, bu hadisənin hüquq-mühafizə orqanlarından gizli saxlanılması, qanın zəhərlənməsinə dair qan nəticələrinin  gizlədilməsi, Prokurorluq tərəfindən istənilən zaman qan nəticələrinin təqdim olunmaması,   həkimlərdən ifadə alınarkən onların şübhəli ifadəsi, düzgün ifadə verilməməsi, Türkiyə Prokurorluğunun mənim açıqlamamdan sonra təkrar ifadə alınmaması, oğlum vəfat etdikdən sonra ottopsi götürülmədən, saxta ölüm arayışı tərtib olunması, Azərbaycan vətəndaşı olmasına baxmayaraq Türkiyədəki Azərbaycan Səfirliyinə məlumat verilmədən oğlumun nəşinin Azərbaycana gətirilməsi  bu işi araşdırmaması və onların sözlərinə görə bu məsələnin açılması- iki dövlət arasında narazılıq yarana bilər-deyə məlumatın sızdırılması, və Türkiyədə bizə kömək etmək istəyən Mustafa adlı bir nəfərin sözlərinə görə onun Azərbaycanda yüksək vəzifədə işləyən dostları var, onlara zəng etmiş, bu məsələni yaxın dostlarından öyrənmişdir ki, bu ölüm dövlət səviyyəsində bir ölümdür, sifariş Azərbaycanın yüksəkvəzifəli məmurları tərəfindən edilmişdir.  Bu işin Türkiyədə açılması qeyri-mümkündür və mənim vəkillərimə bu işin başını buaxılmasını məsləhət gördü və dedi ki,-Bu işi təşkil edən adamlar siz Türk vətəndaşı  olmağınıza baxmayaraq Türkiyədə belə  hər an sizə problem yarada bilərlər. Doğrudan da bu günə qədər Türkiyə Prokurorluğu dəlil və sübutların ona təqdim olunmasına baxmayaraq bu cinayətin açılması üzrə heç bir iş aparmamışdır. Buna görə də mən  kömək məqsədi ilə dekabr 2017-ci ilin dekabr ayında Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralova bu işdə mənə köməklik göstərilməsi ilə bağlı müraciət etdim, bu günə qədər mənim müraciətim cavabsız qaldı, Türkiyə Prokurorluğuna kömək məqsədi ilə müraciət ünvanlanmamışdır və bu günə qədər bütün qurumlara ünvanladığım saysız-hesabsız müraciətlərim cavabsız qaldı. Amma mən elə düşünmürdüm, düşünürdüm ki, dövlətim mənə sahib çıxacaq, günahsız oğlumun şərəfsiz insanlar tərəfindən qətlə yetirilməsi arşdırılacaq və nəticəsi barədə hər kəs xəbərdar olacaq. Amma nədənsə hamı susur, ola bilər ki, rəhbərliyi düzgün məlumatlandırmırlar. Əgər bu belədirsə, belə laqeyd  hallar cənab Prezidentin gördüyü bu böyük işlərə gölgə sala bilər.

Oğlumun birinci dərəcəli dövlət qulluğuna, Baş Prokurorluğa yararsız (xəstəliyi ilə əlaqədar hərbi xidmətdə qulluq etməməsi) olduğu halda, işə qəbulu zamanı Baş Prokurorluğun rəhbərliyi tərəfindən dərkənar qoyulmuş ərizəsi və  işə qəbulu zamanı hazırlanmış şəxsi işi hal-hazırda Baş Prokurorluqda saxlanılır, araşdırıla bilər. İlkin olaraq kargüzar-məsləhətçi və bir il sonra rütbə verilərək müstəntiq vəzifəsinə keçirilməsi üçün  200 000,00 (iki yüz min) ABŞ dolları məbləğində rüşvətin alınması, Baş Prokurorluğun beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Fərizə xanımın sözlərinə görə- rəhbərliyin göstərişidir, bu iş barəsində mənə heç bir məlumat verilməsin və heç bir sənəd göstərilməsin, hansı ki, heç bir istintaq getmir və belə hallar istintaq sirri deyil və Baş Prokurorluğun mənim saysız-hesabsız müraciətlərimə biganə qalaraq cavab verməməsi, bütün bunları xatırladıqca Türkiyədəki bizə kömək etmək istəyən  Mustafa adlı bir nəfərin sözlərini xatırlayıram-Bu ölüm dövlət tərəfindən, yəni yeksək vəzifəli məmurların sifarişidir, bu işin başını buraxın. Buradan belə görünür ki, Mustafa haqlı imiş. Saysız-hesabsız müraciətlərimə cavab verən yoxdur.  Deməli oğlumun ölümünü sifariş verənlərin əsas məqsədi birinci dərəcəli dövlət qulluğuna yararsız olduğu halda onun işə qəbulu zamanı  alınmış 200 000,00 (iki yüz min) ABŞ dolları məbləğində  rüşvətin ört-basdır ediməsi və işə qəbuldakı qanunsuzluğun izini itirməkdir. Amma bu iz itən deyil, mən oğlumun ölümünü sifariş və təşkil edənlərin hər birindən  soruşacağam.

Oğlumun ölümündə sifarişçilərin istifadə etdiyi şəxslərdən biri onlara istirahət üçün turpaketi təşkil edən “ Avanqard Travel “ turizm şirkətinin direktoru Yeganə Nağıyevadır. Belə ki, Yeganə Nağıyeva heç bir əsas olmadan oğluma, istirahətdə olduğu zaman, mənbəyi və mənşəyi məlum olmayan yaxtatur gəzintisi hədiyyə etdirmiş,  və oğlumun zəhərləndirilməsidə elə o zaman baş vermişdir. Bu günə qədər Y. Nağıyeva bunu nə üçün etdiyini, kimlərin sifarişi olduğu və kimlər tərəfindən həyata keçirildiyin açıqlamır. O, əsas gətirir ki, mən heç kimin adını verə bilmərəm, heç kimə problem yarada bilmərəm, -sən ver məhkəməyə, mən adları məhkəmədə açıqlayacağam. Bunları təsdiq edən audio səs yazıları var, nədənsə bu günə qədər mən onun ifadəsini aldıra bilmirəm. Y.Nağıyeva bu işi təşkil edənlərə çox arxayındır, elə düşünür ki, Azərbaycanda cürət edib bu məsələni məhkəməyə verə biləcək bir şəxs yoxdur. Nəinki Y.Nağıyeva və eləcə də bu işin iştirakçıları, hər kəs arxayındır ki, bu məsələ ilə bağlı  heç kim cürət edib cinayət işi aça  bilməz, amma mən çox hörmətli Mehriban Xanım, Sizə arxalanıb, onlara söz vermişəm ki, bu məsələ ilə bağlı cinayət işi açılacaq və hər kəs cəzasını alacaq.

Dünyada baş verənlər –Serqey Skripal və qızıyla bağlı, Türkiyədə Camal Qaşıqçıyla bağlı olanlar hansısa bir siyasi avantyuranın tərkib hissəsi ola bilər, amma buna baxmayaraq hər bir dövlət rəhbəri öz vətəndaşını müdafiəsinə qalxmışdır, cinayətkarın tapılıb cəzalandırılması üçün müraciət etmişdir. Ancaq mənim gənc övladım, heç bir siyasətə, intriqalara qoşulmamışdı. O, sadəcə olaraq nəfsinə sahib çıxmayan bəzi şərəfsiz yüksəkrütbəli məmurların qurbanı oldu.

Belə bilsəydim mən zamanında ailəm ilə birlikdə Azərbaycanı tərk edərdim. Amma çox gec, yeganə tək oğlumun xarirə qalan bir məzarı, bir də bu dərddən yataq xəstəsi olmuş anasını necə buraxıb gedim. Amma həyatımız təlükədədir, doğru yolu Siz göstərin.

Çox Hörmətli Mehriban Xanım Arif qızı ! 

Odur ki, oğlumun ölümü ilə bağlı edilmiş cinayətin açılması üçün çox ciddi şəkildə müvafiq orqanlara göstəriş verməyinizi Sizdən carəsiz bir ata kimi xahiş edirəm.

 

       Hörmətlə: Hüseynov Bəybala Qaraş oğlu

  Bakı şəhəri 11  fevral 2019-cu il     

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share: