Astarada piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Astara şəhəri ərazisində baş verib.
Belə ki, minik avtomobili yolu keçmək istəyən, rayonun Səncərədi kənd sakini 1992-ci il təvəllüdlü Ramil Məmmədlini vurub.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan piyadanın vəziyyətini həkimlər ağır olduğunu bildirirlər.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov