Asılmış meyitləri tapılan ana və qızının kimliyi məlum oldu

Bakıda dəhşətli hadisə baş verib.

Müstəqil.az xəbər verir ki, Yeni Suraxanı qəsəbəsində kirayə yaşayan Qasımova Aidə Ələkbər qızının və onun qızı Qasımova Fatimə Daşqın qızının mənzildə asılmış vəziyyətdə meyiti tapılıb.

Sabirabad rayonunun sakini olan ana və qızının bir neçə ay əvvəl Bakıya köçdüyü bildirilir. A.Qasımova bir müddət əvvəl həyat yoldaşından boşanıbmış. Onun keçmiş əri rayonda tanınmış mollalardan sayılır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, hadisə ilə bağlı ilk xəbəri bakupost.az saytı yayıb.

Share: