ASCO qardaş Türkiyəyə növbəti dəfə humanitar yardım göndərib

Müstəqil.Az “SeaNews”-a istinad edərək xəbər verir ki, ASCO faciədən zərər çəkmiş şəxslərin zəruri ehtiyaclarının qarşılanması məqsədilə Türkiyəyə növbəti dəfə qida məhsulları, qızdırıcı soba, keçəli linoleum, gigiyenik vasitələr və gündəlik istifadə olunan digər əşyalardan ibarət humanitar yardım göndərib.

ASCO ailəsi faciə ilə əlaqədar  Türkiyə dövlətinə və xalqına, o cümlədən həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin qısa zamanda aradan qalxmasını arzulayır.

Müstəqil.Az

Share: