“ASCO Nəqliyyat” MMC 2022-ci ilin ən yaxşı müəssisələrindən biri olub

Bununla əlaqədar, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri “ASCO Nəqliyyat” MMC-yə müsabiqənin Fəxri Diplomunu təqdim ediblər.

ASCO-nun bütün strukturlarında olduğu kimi, ASCO Nəqliyyat” MMC -də də sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması mühüm məsələlərdəndir.

Qeyd edək ki, “Sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasında ilin ən yaxşı müəssisəsi (təşkilatı)” adı uğrunda müsabiqə AHİK-in təşəbbüsü ilə 2009-cu ildən başlayaraq hər il keçirilir. Müsabiqənin məqsədi ictimaiyyətin diqqətini əməyin mühafizəsi və  təhlükəsizliyinə yönəltməkdir. Müsabiqə qalibinin qiymətləndirilməsi zamanı iş yerlərində ictimai nəzarətin gücləndirilməsi, işçilər üçün əmək şəraitinin yaxşılaşdırılması və ən əsası, insan həyatının təhlükəsizliyinin qorunmasında aparılan işlər əsas meyar kimi götürülür.

“Seanews.az”

Share: