“Arxangelsk bölgəsinin Azərbaycan diasporu” na təşəkkür bildirilib

Dünən Rusiya Federasiyasının Arxangelsk vilayətində fəaliyyət göstərən diasporamıza təşəkkür elan olunub.


Bu haqda Müstəqil.Az-a Azərbaycan Diasporu İdarə Heyətinin sədri Tərlan Qasımov məlumat verib. Onun sözlərinə görə Mixail Vasilyeviç Lomonosov adına Şimali Arktika Federal Universitetinin (SAFU) Elmi Şurasının qərarə ilə, pandemiya şəraitində tələbələrə verdiyi köməyə və Rusiya-Azərbaycan humanitar əməkdaşlığının inkişafına görə “Arxangelsk bölgəsinin Azərbaycan diasporu” na təşəkkürünü bildirilib. Təşəıkkürü Şimali Arktika Federal Universiteti adından Yelena Kudraşova təqdim edib.

Tərlan Qasımov da Şimali Arktika Federal Universitetinin Elena Kudryaşovaya təşəkkürünü bildirib və Böyük Vətən müharibəsində əldə olunan qələbənin 75 illiyi şərəfinə “Azərbaycan Böyük Vətən müharibəsi dövründə” kitabı ilə bənzərsiz bir layihə təqdim edib.

Faiq Balabəyli

 

Share: