Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

Martın 2-də saat 03 radələrində Yevlax rayonunda 1987-ci il təvəllüdlü Bəkirova Laləzar Camal qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan -ya bildirilib ki, cinayət əməlini tötətməkdə şübhəli bilinən L.Bəkirovanın həyat yoldaşı 1986-cı il təvəllüdlü Bəkirov Həsrət Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Araşdırma aparılır.

Share: