Artıq təhsil də böhran yaşayır

Hər şey təhsildən başlayır, lakin artıq təhsil də böhran yaşayır.

xəbər verir ki, bunu XI Bakı Qlobal Forumunda “İqlim ədaləti” adlı panel müzakirəsində UNESCO-nun 2009-2017-ci illər üzrə baş direktoru; Beynəlxalq Elm Şurasının hamisi, BMT Sülh Universitetinin İdarəetmə Şurasının sədri İrina Bokova deyib. O təhsilin əhəmiyyəti barədə danışarkən bildirib ki, dünyada 15 milyon qadın yoxsulluqdan əziyyət çəkir:

“Eyni zamanda, dünyada oxumağı, yazmağı bilməyən uşaqlar var. Biz bilirik ki, təhsil özüldür, dəyərlərin təməlində dayanır. Buna görə hesab edirəm ki, ölkələrdə elmi qovşaqlar yaradılmalıdır”.

Share: