Arestoviç prezidentliyə namizəd olmaq istəyir

Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç prezidentliyə namizəd olmaq istəyir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “İnterfaks-Ukrayna”ya bildirib.

O, jurnalistin Ukraynada keçiriləcək prezident seçkilərində iştirak etmək niyyəti ilə bağlı suallarına “Bəli, namizədliyimi irəli sürəcəm”, -deyə cavab verib.

Qeyd edək ki, müharibə şəraiti ilə bağlı Ukraynada prezident seçkilərinin nə zaman olacağı məlum deyil.


Share: