Arda Turana ağır itki

“Eyüpspor” klubunun baş məşqçisi Arda Turan və həyat yoldaşı Aslıhan Doğan Turana ağır itki üz  verib.  

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar doğulmamış övladlarını itiriblər. 

Belə ki, Aslıhan həkim müayinəsi zamanı körpəsini itirdiyini öyrənib.

Qeyd edək ki, Arda Turanla Aslıhan Doğan 5 ildir evlidirlər. Onların Hamza Arda və Asil Aslan adlı iki övladı var.


Share: