Arda Güler qayıtdı

“Real”ın 18 yaşlı futbolçusu Arda Güler bu gündən məşqlərə qatılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Yarımmüdafiəçinin zədəsinin sağaldığı bildirilib. Oyunçunun sentyabrın 24-ü “Atletiko”ya qarşı oynaya biləcəyi qeyd olunub.

Xatırladaq ki, Arda iyulun 29-da Madrid təmsilçisinin məşqində zədə almışdı.


Share: