AQEM-in baş katibi Bakıya gələcək

Aprelin 16-da Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin baş katibi, səfir Kayrat Sarıbay Bakıya gələcək.

-nın xəbərinə görə, aprelin 18-dək davam edəcək səfər çərçivəsində ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşlər nəzərdə tutulub.

Qonağı, həmçinin Prezident İlham Əliyev də qəbul edəcək.

Görüşlərdə Azərbaycanın 2024-2026-cı illərdə bu quruma sədrliyi ilə bağlı məsələlər nəzərdən keçiriləcək.

Share: