Aprelin 12-də müğənni Leyla Ramazanlının toyu olacaq

Space telekanalında yayımlanan “Hər səhər” proqramının növbəti qonağı müğənni Leyla Ramazanlı olub.

Müstəqil.az xəbər verir ki, müğənni efirdə bir sıra maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, aprelin 12-də toyu olacaq: «Qız-oğlan toyu biryerdədir. Nişanlımın evi, işi, bağ evi, hər şeyi var»

Qeyd edək ki, fotolar Leyla Dostəlizadənindir.

Share: