Antonio Banderasla “Paddington 3″də baş rolda oynaya bilər

“Variety”nin məlumatına görə, Antonio Banderas və Olivia Colman “Paddington” franşizasının üçüncü hissəsində çəkilməyə hazırlaşırlar.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, həmçinin “Match Point” dramındakı rolu ilə tanınan Emili Mortimer də sözügedən filmin heyətinə qatıla bilər .

Ailə filmi franşizasının üçüncü hissəsi “Peruda Paddington” adlanacaq. Çəkilişlər iyulda başlayacaq və Böyük Britaniya, Peru və Kolumbiyada aparılacaq.

Süjetə görə, Paddinqton Londondan Perudakı vətəninə qayıdacaq, qocalar evində yaşayan sevimli xalası Lüsiyə baş çəkəcək. Paddington və Braun ailəsi Amazon tropik meşələri ilə Perunun dağ zirvələrinə gözlənilməz səyahətə çıxacaq.

Qeyd edək ki, “Peddinqtonun sərgüzəştləri” dünyanın ən uğurlu film franşizalarından biridir. Orta hesabla 50 milyon dollar büdcə ilə birinci film dünya üzrə 282,3 milyon dollar, ikinci hissə isə 227,9 milyon dollar qazanıb.

Share: