Antalyada meşə yanğını baş verib

Antalyanın Kumluca rayonunda Adrasan sahilinə yaxın meşəlik ərazidə yanğın baş verib.

Hadisə ilə bağlı vəziyyət səlahiyyətlilərə bildirildikdən sonra Meşə Regional Müdirliyi qrupları bölgəyə göndərilib.

Ekipajlar yanğını lokallaşdırmaq üçün havadan və qurudan müdaxiləni davam etdirirlər.

Antalya Meşə Regional Müdirliyinin direktoru Vedat Dikici yanğının səbəbinin araşdırmanın sonunda məlum olacağını bildirib.

Mənbə: TRT

Share: