Antalyada kanat qəzasından sonra 174 nəfər xilas edilib

Antalyada kanat qəzası ilə bağlı təxliyə işləri 23 saatddan sonra yekunlaşıb.

CNN Türk-ə istinadən xəbər verir ki, qəzadan sonra 174 nəfər xilas edilib. Bildirilib ki, kanat kabinələrindən birində olan 8 nəfərdən 1-i vəfat edib, 7 nəfər yaralanıb.

“Ümumilikdə təxliyə edilənlərdən 11 nəfər xəstəxanaya yerləşdirilib. Onların səhhəti yaxşıdır”, – deyə məlumatda qeyd edilib.

Share: