Anqlikan kilsəsi eynicinsli nikahlara xeyir-dua verəcək

Anqlikan Kilsəsinin (Church of England) yepiskopları altı illik kilsədaxili müzakirələrdən sonra İngiltərə Kilsəsinin kahinlərinin eynicinsli cütlüklərlə evlənməsinə icazə verəcək təşəbbüsü dəstəkləməkdən imtina etdilər.

Eyni zamanda, çərşənbə günü kilsənin saytında yayılan bəyanatda qeyd olunur ki, LGBT icmasının nümayəndələri tezliklə öz vətəndaş birliyi üçün kilsədən xeyir-dua ala biləcəklər.

Sənəddə deyilir: “Bu gün təqdim olunan tarixi planlara əsasən, eynicinsli cütlüklər ilk dəfə kilsəyə gələrək vətəndaş nikahlarına və ya sivil əməkdaşlılğa görə təşəkkür edib, Tanrının xeyir-duasını ala biləcəklər”.

Sənəddə qeyd olunur ki, nəzərdən keçirilən təkliflərə uyğun olaraq, “eynicinsli cütlüklər hələ də Anqlikan Kilsəsinin kilsələrində nikaha girə bilməyəcəklər”, lakin vətəndaş nikahı bağlandıqdan sonra ər-arvad xeyir-dua üçün dualar oxunacaq xüsusi kilsə xidməti sifariş edə bilərlər.

Mənbə: TASS

Share: