Ankarada “Nazım Hıkmət Azərbaycan ədəbiyyatında” mövzulu tədbir keçirilib

Ankarada “Nazım Hıkmət Azərbaycan ədəbiyyatında” mövzulu tədbir keçirilib

Dünən Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən A şeir evində dahi Türk şairi Nazim Hikmətin anadan olmasının 117 – ci ildönümünə həsr olunmuş ədəbi – bədii gecə keçirilib. Müstəqil.Az xəbər verir ki, tərcüməçi – yazar Oktay Hacımusalı ədəbi – bədii gecədə Azərbaycan ədəbiyyatında Nazim Hikmət mövzusunda məruzə ilə çıxış edib. Çıxışında böyük Tüürk şairinin Türk və Azərbaycan ədəbiyyatına təsiri haqqında danışan O.Hacımusalı Azərbaycanın dəmir pərdə dövründə Türkiyəni Nazim Hikmət vasitəsi ilə sevdiyini qeyd edərək, Nazim Hikmətin XX əsr Azərbaycan ədəbiyyatına təsir edən şairlərin başında gəldiyini sözlərinə əlavə edib: “Hansı düşüncədən olursa olsun bütün azərbaycanlılar Nazimi sevir və onun şeirlərini əzbərə bilirlər. Nazim həm də dünyaya yön verən poeziyanın ilkin özüllərindən sayılır. Biz də Ankaradakı şeirsevərlərə Nazim Hikmətin Azərbaycan ədəbiyyatına təsiri haqqında məlumat vermək və Azərbaycan şairlərinin Nazimə həsr etdiyi .şeirləri səsləndirərək dolayısı ilə poeziyasevərlərə ölkəmizin zəngin poetik nümunələrini təqdim etmək istədik”.


Daha sonra şeirsevərlər tərcüməçi – yazar Oktay Hacımusalı və şairə, bədii qiraətçi Ülkər Piriyevanın ifasında Azərbaycan şairləri Rəsul Rzanın, Mikayıl Rəfilinin, Xəlil Rzanın, Fikrət Sadıqın, Nəriman Həsənzadənin, Ramiz Rövşənin, Vaqif Bayatlı Oderin, Elçin İsgəndərzadənin, Elxan Yurdoğlunun, Emin Pirinin şeirlərinə qulaq asıblar.
Müstəqil.Az

 

Share: