Ankara və Bakı dollardan imtina edə bilər – Türkiyəli nazir AÇIQLAMA VERDİ…

“Azərbaycan və Türkiyə üçün ticarətdə milli valyutadan istifadə etmək çox vacibdir. Bununla əlaqədar Türkiyə və Azərbaycan prezidentləri – Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev öz ölkələrinin Mərkəzi Banklarına müvafiq təlimatlar verib. Hal-hazırda texniki məsələlər praktiki olaraq yekunlaşıb”.
Müstəqil.az xəbər verir ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi belə bir sensasion bəyanatla çıxış edib.
Türkiyə naziri iki ölkə arasında əməkdaşlığın hər gün möhkəmləndiyini qeyd edib və misal olaraq Transanadolu qaz kəmərini, Bakı-Tbilisi-Qars dəmiryol xəttini , Bakı-Tbilisi-Ceyhan neft kəmərini göstərib.
O eyni zamanda SOKAR-ın İzmirdə investisiya layihələrini, Petkim neftkimya kompleksini xüsusi vurğulayıb:
“Türkiyə heç bir layihəni bu layihələr qədər dəstəkləməyib. Bu faktorlar hər iki ölkənin paralel iqtisadi inkişafına kömək edir”.
Nazir qeyd edib ki, hal-hazırda iki ölkə arasında azad ticarət haqqında müzakirələr aparılır.
Naxçıvan Muxtar Respublikası haqqında danışan nazir qeyd edib ki, Türkiyə Naxçıvan üçün xüsusi imtiyazlar tətbiq edir. O əlavə edib ki, Naxçıvanda istehsal olunan bütün mallar sərhəddən sərbəst keçirilir.

Share: