Ancelina Coli və oğlu Ağ Evdə şam yeməyində

Hollivud aktrisası Ancelina Coli Cənubi Koreyalı həmkarları ilə birlikdə ABŞ prezidenti Co Bayden və xanımı Cil Baydenin Ağ Evdə keçirilən şam yeməyinə qatılıb.

Kulis.az xəbər verir ki, bu barədə “Deadline” məlumat yayıb.

Coli şam yeməyinə 21 yaşlı oğlu Maddoksı da aparıb.

Xüsusi nahar Cənubi Koreya prezidenti Yoon Suk-yeolla həyat yoldaşı Kim Keon Heenin şərəfinə təşkil olunub.

“Asiya-Amerika əlaqələri Ancelina ailəsi üçün vacibdir. O və uşaqları uzun illərdir ki, regionla, o cümlədən Cənubi Koreya ilə sıx əlaqələrə malikdir. Maddoks Seulda Yonsey Universitetində təhsil alıb. Ancelina onun üçün eləcə də son iki onillikdə humanitar və qaçqınların müdafiəsi məsələləri ilə bağlı Cənubi Koreyaya dəfələrlə səfər edib. Ancelina və Maddox bu şam yeməyində iştirak etməkdən şərəf duyurlar “, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Ancelina ilə Bredin ümumilikdə altı övladı var; bioloji – Şilo, Noks və Vivyen, övladlığa götürülmüş – Maddoks, Paks və Zahara. Maddoks artıq Cənubi Koreyada təhsilini başa vurub.

Share: