Ancelina Coli illərdir apardığı mübarizədən geri çəkildi: Pulu qurtarıb

Hollivud aktrisası Ancelina Coli qadınlara qarşı zorakılıqla mübarizə xeyriyyə fondunu bağlamaq qərarına gəlib.

Məlumata görə, o, maliyyə çətinlikləri səbəbindən belə bir qərar verib.

Fond 2015-ci ildə Coli və Britaniyanın keçmiş Mühafizəkarlar Partiyasının lideri Vilyam Heyq tərəfindən yaradılıb. Mövcud olduğu müddət ərzində aktrisa təşkilata 1,7 milyon funt-sterlinqdən (3,5 milyon manatdan çox) sərmayə qoyub.

Bununla belə, hazırda fondun hesabında cəmi 52 min funt sterlinq (109 min manat) qalıb.

Xatırladaq ki, Ancelina Coli BMT-nin Qaçqınlar üzrə Ali Komissiyasının xoşməramlı səfiri vəzifəsindən çıxıb. O, təşkilatdan kənarda qaçqınlara yardım etməyə davam etmək istədiyini bildirib.

“BMT sistemində 20 illik işdən sonra hiss edirəm ki, mənim üçün fərqli işləmək – qaçqınlarla və yerli təşkilatlarla birbaşa əlaqə qurmaq vaxtıdır”, – deyə o bildirib.

Mənbə: Lenta.ru

Share: