Anar Özbəkistanın “Dostluq” ordeni ilə təltif edildi

Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin sərəncamı ilə Azərbaycan Yazıçılar Birliyinin sədri, TÜRKSOY Yazıçılar Birliyinin fəxri prezidenti, Xalq yazıçısı Anara “Dostluq” ordeni təqdim olunub.

Martın 29-da Özbəkistanın Nəvai şəhərində, “Fəhad” Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistan prezidentinin müşaviri Xayraddin Sultanovun iştirakı ilə ordenin təqdimetmə mərasimi keçirilib.

Bir 5 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər

Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyid, Qazaxıstan və TÜRKSOY Yazıçılar Birlyinin sədri Esdövlət Uluqbəy, Qırğızıstan, Tatarıstan, Başqırdıstan yazıçı təşkilatlarının rəhbərləri, Türkiyə Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və İLESAM-ın rəhbərləri, Özbəkistanın tanınmış və mədəniyyət ədəbiyyat xadimləri, hökumətin və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbir öncəsi Anarın kitablarının sərgisi keçirilib, yazıçının ədəbi fəaliyyəti ilə bağlı çıxışlar olub, hörmətli Xalq yazıçısının 85 illik yubileyi qeyd olunub.
Bir 4 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Müstəqil.Az-a bu haqda Xalq yazıçısı Anarla bərabər TÜRKSOY Yazıçılar Birliyinin II (Daşkənd-Nəvai) toplantısına qatılan Azərbaycan Yazıçılar Birliyin beynəlxalq ədəbi əlaqələr üzrə katibi, TÜRKSOY Yazıçılar Birlyinin vitse-prezidenti, şair Səlim Babullaoğlu məlumat verib.
Müstəqil.Az
Share: