“Anar kiminsə əlində əsa deyil ki,  rahat ola və onlar da ona söykənib rahat gəzələr”-Fikrət Qoca

“Anar kiminsə əlində əsa deyil ki,  rahat ola və onlar da ona söykənib rahat gəzələr”
Bunu Moderator.az -a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca son zamanlar AYB-nin sədri yazıçı Anarın tənqid olunmasına münasibət bildirərkən deyib. F.Qoca bu cür adamlara ömürlərini yaşamalarını məsləhət görüb:
“Vallah son zamanlar Anar müəllimin tənqid olunmasını deyəndə az qalmışdım ki, sevinəm. Nəinki son zamanlar o, ədəbiyyata gəldiyi gündən tənqid olunur və onu boğazdan keçirə bilmirlər. Onda onu tənqid edən tay-tuşları indi qocalıb və Anarın dediyi onların boğazından şəkər kimi keçir. İndi də gənclər onu başlayıblar tənqid etməyə. Bu, başa düşüləndir və bir dalğadır gəlib-gedir. Nədənsə qoca da, cavan da fikirləşir ki, başqası mənə oxşamalıdır, əgər oxşamırsa, deməli pis adamdır. Əslində siz özünüz yaxşılıq edin və onda görərsiniz ki, onlar necə adamdır. Anar kiminsə əlində əsa deyil ki, rahat ola və onlar da ona söykənib rahat gəzələr. Anarın forması da, özü də, yazı tərzi də başqadır. Ömür yaşamaq üçün çox azdır və onun saniyələrin yaşamaq lazımdır. Adamlar var bütün ömrünü Anara tənqid etməyə həsr edib. Ona deyən lazımdır ki, get ömrünü yaşa, özünü səliqəyə sal, yaxşı adam et”.
Share: